Türkiyədə 40 nəfərin ölümündə günahlandırılan İŞİD terrorçusu saxlanılıb



Türkiyədə iki böyük terror aktının törədilməsində təqsirləndirilən İŞİD terror təşkilatının üzvü saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İŞİD terrorçusu Azzo Halaf Süleyman El Ağğal Milli Təhlükəsizlik Təşkilatı (MİT) ilə birgə keçirilən əməliyyat zamanı Şanlı Urfa vilayətində ələ keçib.

Terrorçu ifadəsində İŞİD-in terror aktlarını planlayan Abu Bera Mahir El Ağğalın göstərişilə partlayıcılar hazırladığını etiraf edib.

Qeyd edək ki, 2015-ci ildə Şanlı Urfanın Suruc rayonunda törədilən partlayış zamanı 34 nəfər ölüb, 104 nəfər yaralanıb, 2016-cı ildə isə İstanbulda Sultanəhməd məscidində törədilən terror aktında 14 nəfər ölüb, 9 nəfər yaralanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}