Çexiyada sərnişin qatarları toqquşub, 2 nəfər ölüb, 50 nəfər yaralanıb

Çexiyanın qərbində yerləşən Domajalise şəhərinin Milavçe kəndi ərazisində sərnişin qatarlarının toqquşması nəticəsində 2 nəfər ölüb, 7-si ağır olmaqla 50-yə yaxın insan yaralanıb.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Xilasedicilər və Yanğınsöndürənlər Xidməti Birliyinin nümayəndəsi Peter Ponsar jurnalistlərə açıqlamasında bildirib.
Hadisə avqustun 4-də baş verib. Onun sözlərinə görə, yaralılardan 31-nin xəsarətləri elə də təhlükəli deyil.
Çexiya Baş nazirinin müavini, sənaye-ticarət naziri və nəqliyyat nazirləri qəza yerinə gediblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}