Azərbaycanlılar Türkiyəyə dəstək məqsədilə kampaniyaya başlayıb

 Dünya azərbaycanlıları Türkiyəyə həmrəylik nümayiş etdiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, mətndə bildirilir:
"Azərbaycan diasporu Türkiyənin yanındadır.
Məlumdur ki, Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları çoxlu fəsadlar törətməklə fauna və floranı məhv etmişdir.
Təbii ki, bu hadisə dünya azərbaycanlılarını, xaricdə yaşayan soydaşlarımızı və həmvətənlərimizi də son dərəcə kədərləndirmişdir.
Bəllidir ki, güclü Türkiyə dövləti bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir. Lakin Azərbaycan diasporu hər bir məsələdə olduğu kimi, belə bir vəziyyətdə də ortaq dəyərlərə - milli-mənəvi irsə, dilə, tarixə, mədəniyyətə, adət-ənənələrə malik ölkə, xalq - Türk diasporu ilə birlik və həmrəyliyini göstərməkdə israrlıdır.
Qardaş Türkiyənin füsunkar təbiətini əvvəlki görkəminə qaytarmaq üçün mütəşəkkilliklə dəstək nümayiş etdirir.
Bu xüsusda, dünya azərbaycanlıları doğma Türkiyəmizin “yaşıl donu”nun yenidən bərpa edilməsi məqsədi ilə “hərəmiz bir fidan olaq” adlı kampaniyaya start vermişdir.
Bir sözlə, Azərbaycan diaspor təşkilatları və nümayəndələri, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri həmin kampaniyada yaxından iştirak etməklə bu bəşəri missiyaya öz töhfəsini vermiş olacaqdır.
Göründüyü kimi, bu addım ekoloji təmiz bir dünya üçün birik və həmrəyik örnəyidir".


 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}