Avropa Birliyi Türkiyəyə yangınsöndürmə təyyarələri göndərəcək

Avropa Birliyi (AB) Komissiyası Türkiyədəki meşə yanğınları ilə mübarizəyə dəstək üçün 3 yangınsöndürmə təyyarəsi göndərəcək.
Bu barədə Şəffaflıq.az Türkiyə mətbuatına istinadən xəbər verir.
AB Komissiyasından bildirilib ki, təbii fəlakətin qarşısının alınması üçün Xorvatiyadan 1, İspaniyadan 2 “Canadair” təyyarəsi göndəriləcək.
Birliyin böhran vəziyyətləri üzrə məsul şəxsi Janez Lenarik AB-nin bu çətin günlərdə Türkiyə ilə tam həmrəy olduğunu ifadə edərək, "Daha çox kömək etməyə hazırıq", - deyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}