Əsas Səhifə > Gündəm > Avropa Birliyi Türkiyəyə yangınsöndürmə təyyarələri göndərəcək
Avropa Birliyi Türkiyəyə yangınsöndürmə təyyarələri göndərəcək2-08-2021, 09:03 |
Avropa Birliyi (AB) Komissiyası Türkiyədəki meşə yanğınları ilə mübarizəyə dəstək üçün 3 yangınsöndürmə təyyarəsi göndərəcək. Bu barədə Şəffaflıq.az Türkiyə mətbuatına istinadən xəbər verir. AB Komissiyasından bildirilib ki, təbii fəlakətin qarşısının alınması üçün Xorvatiyadan 1, İspaniyadan 2 “Canadair” təyyarəsi göndəriləcək. Birliyin böhran vəziyyətləri üzrə məsul şəxsi Janez Lenarik AB-nin bu çətin günlərdə Türkiyə ilə tam həmrəy olduğunu ifadə edərək, "Daha çox kömək etməyə hazırıq", - deyib. Geri qayıt |