Aliment tələbləri üzrə cari ildə 60 minə yaxın icra işinin hər ay tamlıqla tutulması təmin edilib.

İcrası təmin edilmiş işlərin sayında artım müşahidə olunur.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi - baş icra məmuru İlqar Cəfərov məruzəsində məlumat verib.
Onun sözlərinə görə, cari ilin birinci yarısında icrası təmin edilən və davam etdirilən icra sənədlərinin sayı 13%-dən çox artaraq 350 minə çatıb: "Eyni zamanda icraatda olan hər 8 işdən biri uşaqların birbaşa hüquqlarına toxunan və icrası davam edən kateqoriyaya aid olan aliment tələbləri üzrə cari ildə 60 minə yaxın icra işinin hər ay tamlıqla tutulması təmin edilib. Fiziki və hüquqi şəxslərə 300 milyon manatadək, o cümlədən aliment işləri üzrə 37 milyon manata yaxın vəsait ödətdirilib".
"Valideynlik hüququndan istifadə – uşaqla ünsiyyətdə olma tələbinə dair 6700-dən çox icra işinin icrası mütəmadi təmin edilib, indiki pandemiya şəraiti ilə əlaqədar vətəndaşlara həmçinin videokonfrans formatında görüş imkanı yaradılıb", - İ.Cəfərov qeyd edib.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}