Tovuzda avtomobil körpüdən çaya aşıb, xəsarət alanlar var

 Tovuz rayonunda avtomobil körpüdən aşaraq çaya düşüb.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Ağbaşlar kənd ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ- 21015" markalı avtomobil idarəetmədən çıxaraq çaya aşıb. Qəza zamanı avtomobildə bir neçə nəfər olub.
Onlardan Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Namiq Alıyevin xəsarəti daha ciddi olub və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.


 



Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}