Əsas Səhifə > Hadisə > Tovuzda avtomobil körpüdən çaya aşıb, xəsarət alanlar var

Tovuzda avtomobil körpüdən çaya aşıb, xəsarət alanlar var


7-07-2021, 15:21
 Tovuz rayonunda avtomobil körpüdən aşaraq çaya düşüb.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Ağbaşlar kənd ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ- 21015" markalı avtomobil idarəetmədən çıxaraq çaya aşıb. Qəza zamanı avtomobildə bir neçə nəfər olub.
Onlardan Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Namiq Alıyevin xəsarəti daha ciddi olub və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.


 



Şəffaflıq.az
Geri qayıt