İcra başçısı bir qrup qazi ilə birlikdə futbol izləyib.-FOTO



İyulun 3-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı I, II Qarabağ müharibəsi iştirakçıları və ehtiyatda olan hərbiçilərlə birlikdə Avropa çempionatının dörddəbir final mərhələsini izləyib.

Şəffaflıq.az xəbər verir ki,Bu, oyunu izləmək  arzusunda olan bir qrup Qarabağ qazisinin istəyi ilə olub. Onlar ilk öncə birlikdə nahar edib. Daha sonra Bakı Olimpiya Stadionunda ayrılmış yerdə Çexiya və Danimarka komandalarının oyunlarını seyr ediblər.
Arzularını gerçəkləşdirdikləri üçün qazilər RİH başçısına və AFFA-nın rəhbərliyinə minnətdarlıqlarını bildirib.Qeyd edək ki, Çexiya və Danimarka oyununu izləməkdə bir səbəbdə 2018-ci ilin may ayında İsmayıllı rayonu ilə Cənubi Çexiya regionunun Qluboko Na Vitavu şəhəri arasında ikitərəfli əməkdaşlığa dair protokolun imzalanmasıdır.


Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}