“Avro-2020”: Bu gün III turunun daha dörd oyunu keçiriləcək

 

Bu gün Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun daha dörd qarşılaşması oynanılacaq.


Şəffaflıq.az xəbər verir ki, B və C qrupunda hərəyə iki oyun oynanılacaq. C qrupundakı oyunlar saat 20:00-da, B qrupunda isə saat 23:00-da təşkil olunacaq.

İki turdan sonra xalı olmayan Şimali Makedoniya yığması qrup lideri (6 xal) Niderland seçməsi ilə, Ukrayna isə Avstriya millisi ilə qarşılaşacaq.


“Yoxan Kroyff” stadionunda baş tutan Şimali Makedoniya - Niderland görüşünü Türkiyə FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Günün Bakı vaxtı ilə saat 23:00-da “Sankt-Peterburq Arena”da Finlandiya seçməsi artıq pley-offa vəsiqəni təmin edən Belçika yığması ilə, Kopenhagendəkı “Parken” stadionunda isə Rusiya ilə Danimarka millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}