AVRO-2020: Bakıda tarixi oyun keçiriləcək

 

Bu gün AVRO-2020-də daha üç oyun keçiriləcək.

Şəffaflıq.az Apasport.az saytına istinadən məlumat verir ki, altı komanda I turun matçına çıxmaqla çempionatda mübarizəyə start verəcək.


Bakı tarixində ilk dəfə qitə çempionatının görüşünü qəbul edəcək. Uelslə İsveçrə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Bu matçla A qrupunda ilk tur başa çatacaq.


Digər iki oyun B qrupunda keçiriləcək. Şimallıların duelində Danimarka yarışın debütantı Finlandiyanı sınağa çəkəcək.


Günə Sankt-Peterburqda yekun vurulacaq. Rusiya çempionatın favoritləri sırasında yer alan Belçika ilə görüşəcək.


Qeyd edək ki, ilk turun oyunları iyunun 15-dək davam edəcək.


AVRO-2020-nin təqvimi


I tur, 12 iyun


A qrupu


17:00. Uels – İsveçrə
Baş hakim: Klemen Turpin (Fransa)
Bakı Olimpiya Stadionu


B qrupu
20:00. Danimarka – Finlandiya
Baş hakim: Entoni Teylor (İngiltərə)
Kopenhagen. “Parken” stadionu


23:00. Belçika - Rusiya
Baş hakim: Antonio Migel Mateu Lahoz (İspaniya)
Sankt-Peterburq stadionu

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}