ÜST: “Dünyada koronavirusa yoluxma yenidən sürətlənib”

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirüs xəstəliyinin yüksək səviyyədə olduğunu açıqlayıb. Belə ki, son yeddi gündə 2 600 313 yeni koronavirus xəstəsi qeydiyyata alınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə RT xəbər yayıb.

“Yoluxma halları çox yüksək olaraq qalır. Keçən həftə hər gün orta hesabla 370 mindən çox insan xəstələnib”, - deyə təşkilat rəhbəri bildirib.

Bununla belə, həftə ərzində dünyada koronavirus xəstələrinin ölüm sayında 10 faiz azalma (57 603) qeydə alınıb.

Xatırladaq ki, bir gün əvvəl qonşu Rusiyada koronavirusun “Delta+” ştammının aşkar edildiyi məlum olmuşdu.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}