İsmayıllı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.


 İcra başçısının sərəncamına əsasən Süleymanov Mahmud Məhəmmədəli oğlu İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  vəzifəsinə təyin edilib. 
Şəffaflıq.az xəbər verir ki, Mahmud Süleymanov 06 mart 1976-cı il tarixində İsmayıllı rayonu, Talıstan kəndində anadan olub. Naxçıvan Universitetinin İnzibati idarəetmə, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarını bitirib.
 Qeyd edək ki, bundan öncə M.Süleymanov İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}