Bu gün "Qalatasaray"ın yeni prezidenti seçiləcək Yeni seçiləcək şəxs "Qalatasaray"ın 38-ci prezidenti olacaq.

 

Bu gün Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti bəlli olacaq.

Şəffaflıq.az-ın məlumatına görə, seçkidə 5 namizəd iştirak edəcək. Bunlar Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardandır.
"Sarı-qırmızılılar"ın hazırkı prezidenti Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.
Seçki prosesi Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Səsvermə 5 saat davam edəcək. Yeni seçiləcək şəxs "Qalatasaray"ın 38-ci prezidenti olacaq.
Qeyd edək ki, Mustafa Cengiz 2018-ci ilin yanvarından "Qalatasaray"a rəhbərlik edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}