“Qalatasaray” rəqibini darmadağın etdi


 

Futbol üzrə Türkiyə çempionatının XI turunun ikinci gün qarşılaşmasında “Qalatasaray” doğma meydanda “Hatayspor”u qəbul edib.

Gərgin keçən görüşdə meydan sahibləri rəqibin qapısından üç cavabsız qol keçirib.

Hazırda çempionatın turnir cədvəlinə 23 xalla “Alanyaspor” başçılıq edir. Onunla eyni xala malik olan “Qalatasaray” ikinci, 20 xal toplayan "Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.

Türkiyə Super Liqası

XI tur

5 dekabr

“Gənclərbirliyi” – “Alanyaspor” – 2:1
Özdemir, 41, Kandeyas, 76 – Bakasetas, 83 (pen.)

“Göztəpə” – “Kayserispor” – 1:1
Aydoğdu, 86 – Enrike, 73

“Konyaspor” – “Ərzurum BB” – 2:0
Demirok, 14 (pen.), Hadziahmetoviç, 63

“Yeni Malatyaspor” – “Başakşəhər” – 1:1
Ponk, 50 (avtoqol) – Ciuliano, 45

“Qalatasaray” – “Hatayspor” – 3:0
Diaqne, 32, Pablo, 64 (avtoqol), Aktürkoğlu, 90+5


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}