Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto

 

Bir neçə gündür hara gedirəm, əsasən uşaqlar olmaqla demək olar ki, hər kəsin əlində cinsi azlıqların bayrağını əks etdirən yeni oyuncaq növü görürəm.

Bu oyuncaqları ölkəyə gətirən kimdirsə cinsi azlıqların maraqlarına xidmət edir, məqsədyönlü şəkildə xalqın milli mənəvi dəyərlərə böyük zərbələr vurur. Aidiyyatı dövlət qurumalrının bu məsələyə məhsuliyyətsiz yanaşması başa düşülən deyil.
Belə insanların nəzərinə çatdırmaq istəyirəm ki, 44 günlük müharibə dövründə hər gün xalqımıza qələbə, sevinc hissi yaşadan cinsi azlıqlar deyil, əsl kişi kimi dünyaya gələn qəhrəman, igid, oğullarımız idi. Əl çəkin belə iyrənc təbliğatlardan. Bəsdirin artıq insanları ürək bulandıran, lazımsız əməllərinizlə məhv etdiniz. İmkan verin, övladlarımıza düzgün tərbiyə verək, vətənimiz üçün, cəmiyyətimiz üçün savadlı, yararlı insanlar yetişdirək. Əgər belə təbliğatların qarşısı vaxtında alınmazsa, bir neçə ildən sonra ölkədə iyrənc mənzərələrlə qarşılaşmalı olacaqsınız. Vətəni qorumağa nə əsgər, qızlarınızı ərə verməyə nə kişi tapmayacaqsız. Beləcə nəsil davamçılarınız olmayacaq, xalqın kökü kəsiləcək və bu geri dönüşü mümkün olmayan böyük fəlakətlərə səbəb olacaq. Ölkə vətəndaşlarını diqqətli olmağa, uşaqları belə oyuncaqlardan uzaq tutmağa çağırıram.
Tural Qoca



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}