Fransada on min uşağın kilsələrdə cinsi istismara məruz qaldığı açıqlandı

 

Kilsələrdə cinsi istismar hallarını araşdıran komissiyanın (CIASE) növbəti hesabatına əsasən, Fransada 1950-ci ildən etibarən ən az 10 min azyaşlı cinsi təcavüzə məruz qalıb.

Şəffaflıq.az “Haber Global”-a istinadən xəbər verir ki, bu barədə komissiyanın sədri Jan Mark Sove məlumat verib.

Hesabatın hazırlanması zamanı bu acı taleyi yaşayan 6500 nəfərin ifadəsi alınıb. Minlərlə təcavüz qurbanı isə ya bu barədə danışmaq istəməyib, ya da artıq vəfat edib.

Təşkilat rəhbəri hazırda Fransa kilsələrində 1500-ə qədər uşaqbaz rahibin olduğunu bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}