İsmayıllıda tibb işçilərinin peşə bayramı qeyd edilib.-FOTO



Tibb işçilərinin peşə bayramı iyunun 17-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qeyd olunub.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər
.
Şəffaflıq.az xəbər verir ki,tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik edib. Qeyd edib ki, hər il  iyun ayının 17-si ölkəmizdə  tibb işçilərinin peşə bayramı günü kimi keçirilir. 

Bu peşə bayramı ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsidir. Ümummilli liderin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin peşə bayramı gününü təsis etməsi onun, tibb işçilərinin zəhmətinə yüksək dəyər verməsinin göstəricisidir.

İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. Koronavirus pandemiyası başlayanda cənab Prezidentimizin “Biz birlikdə güclüyük” şüarı ilə başlatdığı mübarizəyə qoşularaq ilk sıralarda yer alan tibb işçiləri öz işlərini layiqincə yerinə yetirdilər.Bu gün də həmin mübarizənin davamı olaraq vaksinasiya prosesini uğurla davam etdirirlər. Həmçinin ölkəmizin  tarixində qızıl hərflərlə həkk olunmuş 44 günlük vətən müharibəsində də səhiyyə işçilərimiz həm arxa cəbhədə, həm də ön cəbhədə öz fədakarlıqlarını bir daha nümayiş etdirdilər. Sonda rayon rəhbəri səhiyyə sahəsində çalışan bütün işçilərə şərəfli və fədakar fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edənlər İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Vidadi Rəhimov, Firidun Ağayev, Fikrət Osmanov, Xanlar Qəmbərov, şəhid anası Lətifə Tağıyeva, və başqaları qeyd ediblər ki, Prezident İlham Əliyevin səhiyyə sahəsində apardığı islahatlar uğurla həyata keçirilir və bunlar hamısı insanların sağlamlığının qorunmasına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonda RİH başçısının müavini Sevil Əhmədova bir qrup səhiyyə işçilərinə səmərəli fəaliyyətinə və peşə bayramı münasibəti iıə rayon icra hakimiyyətinin fəxri fərman və təşəkkürnaməsini təqdim edib.Dəyanət İsmayılov.

İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}