Pakistanda yol qəzası baş verib, çoxlu ölən var

Pakistanın cənub-qərbindəki Bəloçistan əyalətində baş verən avtobus qəzası zamanı azı 18 nəfər ölüb, 30 nəfər də xəsarət alıb.
Şəffaflıq.az “GeoTV”-yə istinadən xəbər verir ki, Sindh əyalətindəki Larkana şəhərindən Bəloçistanın Xuzdar şəhərinə gedən sərnişin avtobusu Xuzdar şəhəri yaxınlığında yüksək sürətlə dönüşə girərək aşıb.
Yerli yarıhərbi dəstələrin bildirdiyinə görə, Xuzdar xəstəxanasına yerləşdirilən yaralılar arasında 6 nəfərin vəziyyəti ciddidir.
Sərnişinlərin sufi məbədindən qayıdan zəvvarlar olduğu da bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}