BMT Baş Assambleyasına yeni sədr seçildi


 

Maldivin xarici işlər naziri Abdulla Şahid BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilib.

Şəffaflıq.az xəbər verir ki, o, sədrlik vəzifəsində Volkan Bozkırı əvəzləyəcək.

Məlumata görə, A.Şahidin rəqibi Əfqanıstanın XİN rəhbəri Zalmai Rasul olub. Seçkilərdə A.Şahid 143 ölkənin dəstəyini alıb, onun rəqibi Z.Rasul isə 48 səs toplayıb.

Qeyd edək ki, A.Şahid sentyabrın 14-də yeni postunu Volkan Bozkırdan təhvil alacaq, 2022-ci ilin sentyabrına qədər bu vəzifəni icra edəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}