BMT-nin baş katibi və sədri peyvənd olacaq

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş növbəlilik prinsipi əsasında gələn həftə ərzində yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib. Onun sözlərinə görə, baş katibin yaşı 65-dən yuxarıdır və onun peyvənd olunması prosesi video və fotolar vasitəsi ilə ictimaiyyətə təqdim ediləcək.

BMT Baş Assambleyasının Sədri Volkan Bozkır da keçirdiyi mətbuat konfransında yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olacağını bildirib: Mənim üstünlüyüm var, çünki yaşım 65-dən yuxarıdır. Bu səbəbdən peyvəndin başlandığı elan edildikdə müraciət etdim. Mən 2 fevralda, həyat yoldaşım isə 4 fevralda gəlməliyəm. Ancaq bunun sədr olmağımla bağlı heç bir əlaqəm yoxdur, çünki 65 yaşım var”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}