Kiberhücum dünyanın ən böyük ət qablaşdırıcısının fəaliyyətini dayandırmağa məcbur edir

 

Dünyanın ən böyük ət qablaşdırıcısı JBS Foods mayın 31-də Avstraliya və Şimali Amerikadakı fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb. Braziliyada yerləşən mənzil qərargahındakı rəsmilərə görə, şirkət həftə sonu kiberhücum hədəfinə çevrilib. 

Rəsmilər fəsadları aradan qaldırmaq üçün çalışdıqlarını deyib.

Şəffaflıq.az Reuters-ə istinadən xəbər verir ki, bu problemi həll etmək üçün ABŞ-ın törəmə şirkəti olan JBS USA, hücumdan sonra “dərhal hərəkətə keçdiklərini, təsirə məruz qalan bütün sistemlərin fəaliyyətini dayandırdıqlarını, səlahiyyətli qurumları xəbərdar etdiklərini və şirkətin qlobal İT (İnformasiya Texnologiyaları) mütəxəssisləri və üçüncü tərəf mütəxəssisləri şəbəkəsini aktivləşdirdiklərini” açıqlayıb.

Müştəri və təchizatçılarla edilən bəzi əməliyyatlar kiberhücuma görə təxirə salına bilər, deyə şirkətin bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, müştərilərin və tədarükçülərin və ya işçilərin fərdi məlumatlarının pozulduğuna dair hələ ki, bir dəlil yoxdur. 


Şirkətin ehtiyat İT sistemi şirkətin “mütəşəkkil kiber təhlükəsizlik hücumu” adlandırdığı hadisədə hücuma məruz qalmayıb.

Ən böyük qlobal ət qablaşdırıcısı olan bu şirkət Kanada, Avropa, Yeni Zelandiya və Meksikada fəaliyyət göstərir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}