ABŞ-da fövqəladə vəziyyət: Ölkənin ən böyük operator şirkəti kiberhücuma məruz qalıb

 

ABŞ-da ölkənin yanacaq nəqlini həyata keçirən ən böyük operator şirkəti “Colonial Pipeline”nin fəaliyyətinin dayandırılması ilə əlaqədar regional səviyyədə fövqəladə vəziyyət rejimi elan edilib.

Şəffaflıq.az bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, şirkət kiberhücuma məruz qalıb və bunun arxasında Rusiya ilə əlaqəli hakerlərin dayanması istisna edilmir.

Bildirilir ki, ABŞ-ın Şərq sahili əhalisinin 45 faizini yanacaqla təmin edən boru kəmərinin istismarının dayandırıması ilə əlaqədar mütəxəssislər qrupu yaradılıb, araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}