Daha bir ölkədə fövqəladə vəziyyət elan olundu

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirusun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Fövqəladə vəziyyət 2020-ci il martın 16-da saat 08:00-dan aprelin 16-sı saat 07:00-dək qüvvədə olacaq.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Qeyd edək ki, Qazaxıstanda koronavirusa 8 yoluxma halı təsdiqlənib. Bundan əlavə, 1425 nəfər stasionar karantinə, 496 nəfər ev karantininə alınıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}