Qubada yol qəzası onlarla abonentin qazsız qalmasına səbəb olub

 

Qubada yük avtomobili təbii qaz xəttini qırıb.

Şəffaflıq.az məlumat verir ki, hadisə gecə saatlarında rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük avtomobili diametri 57 millimetr olan təbii qaz xəttinin üzərindəki keçidi qırıb. Nəticədə təqribən 80 abonent qazsız qalıb.

Hazırda Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları xəttin bərpası istiqamətində iş aparır.


İdarədən verilən məlumata görə, hadisə aktlaşdırılıb, dəymiş ziyan hesablanacaq.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}