"Jiquli" "KamAZ"a çırpıldı: sərnişin öldü

 Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Şəffaflıq.az -a verilən məlumata əsasən, hadisə martın 16-da saat 5 radələrində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. Ağdam rayon sakini T.İmanov idarə etdiyi “VAZ-21015” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə sərnişini Ağdam rayon sakini Çingiz İmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}