Əsas Səhifə > Hadisə > "Jiquli" "KamAZ"a çırpıldı: sərnişin öldü

"Jiquli" "KamAZ"a çırpıldı: sərnişin öldü


17-03-2020, 14:04
 Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Şəffaflıq.az -a verilən məlumata əsasən, hadisə martın 16-da saat 5 radələrində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. Ağdam rayon sakini T.İmanov idarə etdiyi “VAZ-21015” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə sərnişini Ağdam rayon sakini Çingiz İmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Şəffaflıq.az
Geri qayıt