Mağaradan Mayya sivilizasiyasına aid edilən əl izləri aşkar edilib

 

Meksika ərazisində yerləşən mağaraların birində Mayya sivilizasiyasına aid olduğu ehtimal edilən çox sayda əl izi aşkar edilib.

Şəffaflıq.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, araşdırmanı aparan arxeoloq Serjio Qrosjean Yukatan yarımadasında yerləşən mağaranın divarlarında qara, qırmızı və boz rəngdə 137 əl izi aşkar etdiyini açıqlayıb.

Arxeoloq əl izlərinin qədim Mayya tayfasının rituallarından biri olduğunu bildirib.

Qeyd edək ki, Mayya sivilizasiyası, min illər ərzində Meksikanın cənub-şərqindən, Honduras, Salvador və Qvatemalaya qədər uzanan Mezoamerika bölgəsində hökm sürüb.

İddia edilir ki, mayya mədəniyyəti epidemiya nəticəsində süqut etmişdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}