Misirdə Qədim padşahlıq dövrünə aid edilən məbəd aşkarlanıb


 

Misirin paytaxtı Qahirədən 30 kilometr cənubda arxeoloqlar Qədim padşahlıq dövrünə aid edilən qədim məbəd aşkarlayıblar.

Şəffaflıq.az “Vesti”-yə istinadən xəbər verir ki, məbəd 4,5 min il əvvələ aid edilir.

Arxeoloqlar bildirir ki, məbəd Miladdan əvvəl 2347-2337-ci illərdə hökmranlıq etmiş Qədim padşahlığın VI sülaləsinin fironlarından birincisi olan Tetinin həyat yoldaşınındır.

Qeyd olunur ki, məbəddə 50 taxta tabutun qoyulduğu 10-12 metr dərinlikdə 52 quyu aşkar edilib.

Arxeoloqlar quyularda o dövrdə qədim misirlilərin ibadət etdikləri çox sayda artefaktlar və heykəllər də tapıblar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}