Sabirabad sakini oğurluq etdiyi mənzili yandırıb

     Martın 21-də saat 1 radələrində Sabirabad şəhəri Yeni məhəllədə yaşayan E.Seyfullayevin evində yanğın baş verib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Nəticədə 60 kvm. sahədə yanar konstruksiyalar oradakı əşyalarla birgə yanıb, xəsarət alan olmayıb.
Sabirabad Rayon Polis Şöbəsində aparılan araşdırmalarla evdən 1 200 manat dəyərində məişət əşyalarının oğurlanması və evin yandırılması müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Qalağayın kənd sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}