Bakıda və Şamaxıda evlərdən oğurluq edən şəxslər yaxalanıb

 

Bakıda və Şamaxıda evlərdən oğurluq edən şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 500 manat pul oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini Ə.Şabanov saxlanılıb.

Bundan başqa, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 135 manat dəyərində məişət əşyaları və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Quliyev saxlanılıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}