Pit Heqset: ABŞ-nin Suriyada antiterror əməliyyatına başladığını elan edib
ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başlayıb. Bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb. Şəffaflıq.az-ın məlumatına görə, bunu ABŞ-nin müharibə naziri Pit Heqset açıqlayıb. Onun sözlərinə görə, "Hawkeye Strike" ("Şahin gözü zərbəsi") əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib. Nazir vurğulayıb ki, ABŞ-nin hərəkətləri 13 dekabrda Suriyanın Palmira şəhərində amerikalı hərbçilərə edilən hücuma birbaşa cavabdır. "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır", – Heqset bildirib. O həmçinin qeyd edib ki, əməliyyat zamanı ABŞ hərbçiləri artıq bir sıra döyüşçüləri zərərsizləşdiriblər və fəaliyyətlərini davam etdirməyə niyyətlidirlər. "Bu gün biz düşmənlərimizi izlədik və öldürdük. Çoxlarını. Davam edəcəyik", – Pentaqon rəhbəri əlavə edib.
Facebook-da paylaş








