Mingəçevirdə baş verən qəzada xəsarət alanların kimlikləri bəlli olub
Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimlikləri bəlli olub. Şəffaflıq.az-ın məlumatına görə, şəhərin Heydər Əliyev prospektində "VAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 2003-cü il təvəllüdlü Sahil Şükürov, 2004-cü il təvəllüdlü Xalid Əliyev, 2005-ci il təvəllüdlü Sənan Şükürov xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti kafi və qənaətbəxş qiymətləndirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








