Səbinə Əliyeva: Amnistiya və Əfv qərarlarının icrası humanizm prinsiplərini əks etdirir
Amnistiya və əfv institutlarının icrası cəza siyasətində humanizm və mərhəmət prinsiplərini əks etdirir. Şəffaflıq.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müəvəkkil (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində amnistiya aktının icrası zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir: "Amnistiya və əfv qərarlarının icrası cəza siyasətində humanizm, mərhəmət prinsiplərini əks etdirir. Ölkədə əfv və amnistiya institutlarının icrası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasəti Prezident İlham Əliyev davam etdirir. Bu gün icrasına başladığımız amnistiya sayca 13-cüdür. Əfv və amnistiya institutlarının icrası həm məhkumları, həm onların ailə üzvlərini sevindirməklə yanaşı, eyni zamanda, cəmiyyətə ciddi mesaj verir"
Facebook-da paylaş








