İranın HDQ komandanı: Dəniz təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilmişik
İran regionda və həmçinin onun xaricində dəniz təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilib. Şəffaflıq.az-ın"Mehr" Xəbər Agentliyinə istinadən məlumatına görə, bunu İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İrani deyib. Onun sözlərinə görə, İranın 103 və 104-cü eskadraları xarici missiyalarını yerinə yetirmək üçün Cənubi Afrikaya doğru irəliləyirlər. Şəhram İrani bildirib ki, məqsəd ticarət gəmilərini müşayiət etməkdir. "Seyid Əli Xameneinin tövsiyyəsi ilə İranın HDQ-si BRICS birgə təlimində də iştirak edəcək" , - İrani bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş








