12 aprel kosmonavtika günüdür: Qaqarinin ölümü barədə yeni versiya açıqlandı

 

İlk dəfə 12 aprel 1961-ci il tarixdə keçmiş Sovet kosmonavtı kosmik fəzanı fəth edib. Bu ilk kosmonavt Yuri Qaqarindir. Hər il 12 aprel tarixi gələndə, dünyada kosmonavtika günü ilə yanaşı ilk kosmonavt Yuri Qaqarinin indiyədək tam aşıqlanmayan müəmmalı ölümü yada düşür. Buna dair çoxsaylı versiyalar söylənilib. Onlardan biri də aşağıdakıdır:

Sovet kosmonavtı və kosmosa uçan ilk insan Yuri Qaqarinin ölüm səbəbi təyyarəsinin şar-zondla (meteozond) toqquşması ola bilər.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən məlumat verir ki, bu barədə ehtimalı SSRİ-nin pilot-kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Volınov irəli sürüb.

Onun sözlərinə görə, Qaqarinin həlak olduğu aviaqəza barədə bir sıra versiyalar var və həqiqəti təsbit etmək çətindi. Ancaq bir versiyaya görə, təyyarə böyük sürətlə meteoroloji şar-pilota çırpılıb.

Kosmonavt həmçinin yüksək sürətdə şarı əvvəlcədən görməyin mümkün olmadığını da qeyd edib.

Onu da qeyd edək ki, Volınov ilk kosmonavt korpusunun tərkibində Qaqarinlə birlikdə uçuşlara hazırlaşıb.

Yer kürəsi ətrafında dövr edən ilk insan Yuri Qaqarin 1968-ci il martın 27-də Rusiyanın Vladimir vilayəti Kirjaç rayonunun Novoselovo kəndi yaxınlığında MiG-15UTİ-nin sınaq uçuşu zamanı qəzaya uğrayaraq həlak olub. Təyyarədə onunla birlikdə pilot təlimatçı, alay komandiri Vladimir Sereqin də olub. Qəzanın dəqiq səbəbi hələ də tam müəyyənləşdirilməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}