Şamaxı rayonunda Aşıq Məmmədağa Babayevin büstünün qoyulmasına dair MÜRACİƏT


 

Aşıq Məmmədağa Ağaxan oğlu Babayev 15 noyabr 1933-cü ildə indiki Qobustan rayonunun (o vaxtkı Şamaxı rayonunun) Cəyirli kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Aşıqlıq sənəti üzrə universitet bitirən ilk tələbə olmuşdur. O, 100-dən artıq şerin müəllifidir. Şirvanda aşıq sənətinin, ümumiyyətlə musiqi sənətinin və musiqi folklorunun yaranması və təkamülü tarixində haqqında bəhs etdiyimiz sənətkarımızın özünəməxsus rolu vardır. Qeyd edirik ki, Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi aşıq Məmmədağa Babayevin həyat və yaradıcılığına dair müxtəlif kitbalar və məqalələr nəşr olunmuşdur.

Aşıq Məmmədağa Babayev “SSRİ-nin əlaçı mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişdir. Uzun illər Şamaxıda “İncə tellər” aşıqlar ansamblına rəhbərlik etmişdir. O, aşıq havaları ilə yanaşı, muğamları da məharətlə ifa etmişdir. Təəssüf ki, o, çox gənc yaşında 44 yaşında (25.11.1977) vəfat etmişdir. Aşığın məzarı Şamaxı şəhər qəbirstanlığındadır.

Şamaxıda mərkəzi küçələrdən biri aşıq Məmmədağa Babayevin adını daşıyır. Şamaxı rayon sakinlərinin çoxsaylı müaricətləri əsasında biz “Şəffaflıq” qəzetinin kollektivi 2012-ci ildən üzübəri ölkə başçısına və Mədəniyyət Nazirliyinə aşığın adına verilmiş küçədə onun büstünün qoyulmasını dəfələrlə xahiş etmişik. Həmin müraciətlərimizin nəzərə alınacağı bildirilsə də lakin fakt görünür ki, nəticəsiz qalmış və unudulmuşdur.

Hesab edirik ki, görkəmli sənətkarımızın xatirəsini əbədiləşdirmək məqsədilə onun büstü qoyulmalıdır.

Ona görə də qəzetimiz vasitəsilə yenidən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdən və Mədəniyyət Nazirindən, o cümlədən Şamaxı rayonu İcra Hakimiyyətinin Başçısı Cənab Tahir Məmmədovdan xahiş edirik ki, Şamaxı rayonunda adına olan küçədə görkəmli sənətkarımız aşıq Məmmədağa Babayevin büstünün qoyulmasına göstəriş versinlər.  
 

Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}