Samuxda qadın zəhərlənərək ölüb

 Samuxda ölümlə nəticələnən zəhərlənmə hadisəsi olub.
Şəffaflıq.az-ın Qərb mərkəzinin məlumatına görə, rayon sakini, 38 yaşlı Vəfa Zeynalova sirkə turşusundan zəhərlənib. O, xəstəxanaya aparılıb, lakin göstərilən tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
V.Zeynalovanın hansı səbəbdən sirkə turşusu içərək zəhərlənməsi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.



Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}