Əsas Səhifə > Hadisə > Samuxda qadın zəhərlənərək ölüb

Samuxda qadın zəhərlənərək ölüb


2-04-2021, 10:11
 Samuxda ölümlə nəticələnən zəhərlənmə hadisəsi olub.
Şəffaflıq.az-ın Qərb mərkəzinin məlumatına görə, rayon sakini, 38 yaşlı Vəfa Zeynalova sirkə turşusundan zəhərlənib. O, xəstəxanaya aparılıb, lakin göstərilən tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
V.Zeynalovanın hansı səbəbdən sirkə turşusu içərək zəhərlənməsi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.



Şəffaflıq.az
Geri qayıt