Braziliyada koronavirusdan yeni rekord ölüm qeydə alındı


 

Braziliyada son 24 saat ərzində yeni koronavirus növü səbəbindən 3 780 nəfər ölüb. Bununla da ümumi ölüm sayı 317 936 olub.

Şəffaflıq.az xarici KİV-ə istinadənxəbər verir ki, həmin ölkənin Səhiyyə Nazirliyi bu barədə məlumat verib.

Bu, epidemiyanın başlanğıcından bəri ölkədə bir gündə qeydə alınan ən yüksək ölüm sayıdır.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, COVID-19 səbəbiylə son 24 saat ərzində 84 494 yeni yoluxma hadisənin aşkarlanması ilə ümumi xəstəlik sayı 12 664 058-ə çatıb.

210 milyondan çox əhalisi olan Cənubi Amerika ölkəsi ABŞ-dan sonra COVID-19 epidemiyasından ən çox təsirlənən dövlətdir.

Braziliya son həftələrdə həm reanimasiya şöbələrindəki sıxlıq, həm də ölkənin Amazoniya bölgəsində ortaya çıxdığı düşünülən COVID-19-un daha yoluxucu tipi - “P1”in yayılması səbəbindən çətin günlər yaşayır.

Ölkədə son bir həftə ərzində gündəlik orta ölüm sayı 2600-dən, virus müəyyən edilənlərin sayı isə 75 000-dən çoxdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}