Əsas Səhifə > Gündəm / Dünya > Braziliyada koronavirusdan yeni rekord ölüm qeydə alındı
Braziliyada koronavirusdan yeni rekord ölüm qeydə alındı31-03-2021, 16:13 |
Braziliyada son 24 saat ərzində yeni koronavirus növü səbəbindən 3 780 nəfər ölüb. Bununla da ümumi ölüm sayı 317 936 olub. Şəffaflıq.az xarici KİV-ə istinadənxəbər verir ki, həmin ölkənin Səhiyyə Nazirliyi bu barədə məlumat verib. Bu, epidemiyanın başlanğıcından bəri ölkədə bir gündə qeydə alınan ən yüksək ölüm sayıdır. Səhiyyə Nazirliyinin məlumatlarına görə, COVID-19 səbəbiylə son 24 saat ərzində 84 494 yeni yoluxma hadisənin aşkarlanması ilə ümumi xəstəlik sayı 12 664 058-ə çatıb. 210 milyondan çox əhalisi olan Cənubi Amerika ölkəsi ABŞ-dan sonra COVID-19 epidemiyasından ən çox təsirlənən dövlətdir. Braziliya son həftələrdə həm reanimasiya şöbələrindəki sıxlıq, həm də ölkənin Amazoniya bölgəsində ortaya çıxdığı düşünülən COVID-19-un daha yoluxucu tipi - “P1”in yayılması səbəbindən çətin günlər yaşayır. Ölkədə son bir həftə ərzində gündəlik orta ölüm sayı 2600-dən, virus müəyyən edilənlərin sayı isə 75 000-dən çoxdur. Geri qayıt |