Azərbaycanın xidmətlər balansında ötən il 2,8 mlrd. dollarlıq kəsir yaranıb

 2020-ci il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 8 mlrd. ABŞ dolları təşkil edib.
Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir ki, bunun 5,4 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2,6 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
Ümumilikdə, tədiyə balansının hissəsi olan xidmətlər balansında yaranan kəsir 8,6% artaraq 2,84 mlrd. dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 2,4 mlrd. dollar (31,4% artım) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 0,4 mlrd. dollar (45,4% azalma) olub. Qarşılıqlı xidmətlər dövriyyəsinin 36,5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2,9 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 55,8%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,6 mlrd. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,3 mlrd. dollar təşkil edib.
Qeyd edək ki, dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik 38,8% artıb, idxalı isə 10,7% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2019-cu ildə 350,5 mln. dollar olan kəsir 2020-ci ildə 342,7 mln. dollar profisitlə əvəzlənib.
2020-ci il üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 4,9 dəfə azalaraq 715,9 mln. dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (411,7 mln. dollar) ixracı (304,2 mln. dollar) üstələməsi nəticəsində 107,5 mln. dollar həcmində kəsir yaranıb.


Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}