ABŞ-dan İrana təklif


 

ABŞ-ın İrana nüvə sazişinə dair yeni təklifi məlum olub.

Şəffaflıq.az “Politico”-ya istinadən xəbər verir ki, Vaşinqton Tehrana tətbiq olunan sanksiyaları ləğv etməklə bağlı şərtini açıqlayıb.

Şərtə görə, İran bəzi nüvə fəaliyyətlərini və uranı 20 faizə qədər zənginləşdirməyi dayandırmalı olacaq.

Detalların üzərində hələ də işlənildiyi bildirilir.

Qeyd edilir ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası bu həftə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üçün yeni təklif irəli sürməyi planlaşdırır.

Bundan əvvəl Tehran bu cür şərtləri qeyri-bərabər sayıb və bütün sanksiyaların ləğvi müqabilində uranın zənginləşdirilməsini bir ay dayandırmağı təklif edib.

Mənbə bildirir ki, ABŞ və İran bir neçə həftədir danışıqlar üçün fikir mübadiləsi aparır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}