Türkiyədə koronavirusa yoluxmada yeni rekord

 

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.


Şəffaflıq.az xəbər verir ki, gün ərzində 154 nəfər pandemiyanın qurbanı olub.

Bu gün 225 min 511 koronavirus testi aparılıb, onun 32 min 404-ü müsbət çıxıb. Bu, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı son qərardan sonra ən böyük rəqəmdir.

Ağır xəstə sayı 1998-dir.

Sutkada 18 min 15 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 975 min 108-ə çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}