Türkiyədə gündəlik yoluxma sayı 21 mini keçdi

 

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.


Şəffaflıq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 87 nəfər pandemiyadan ölüb.

Gün ərzində 187 min 859 koronavirus testi aparılıb, onlardan 21 min 30-u müsbət çıxıb.

Ağır xəstə sayı 1547-ə çatıb.

Bu gün 18 min 119 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 2 milyon 788 min 757-yə çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}