Türkiyədə son 24 saat ərzində 97 nəfər koronavirusdan vəfat edib

 

Türkiyədə son 24 saat ərzində 97 nəfər koronavirusdan vəfat edib.

Şəffaflıq.az “Anadolu Agentliyi”nə istinadən məlumat verir ki, sutka ərzində ölkə miqyasında 129.630 COVID-19 testi həyata keçirilib və 7763 yeni yoluxma faktı aşkarlanıb.

Sağalanlara gəlincə, 8108 nəfərin müalicəsi və ya karantin müddəti başa çatıb ki, bununla da, indiyədək virusdan sağalanların sayı 2.461.204 nəfərə yüksəlib.

Bütövlükdə, Türkiyə üzrə bugünədək 31.289.306 test həyata keçirilib ki, onların 2.572.190-ı pozitiv çıxıb. Ölkədə yeni növ koronavirusdan ölənlərin ümumi sayı isə 27.284-ə çatıb.

Hazırda 1250 nəfər intensiv terapiya şöbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}