İranda son sutkada koronavirusdan 191 nəfər vəfat edib

 

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 191 nəfər vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 53 816 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 6 151 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 1 164 535 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 894 366 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 5 519 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}