Braziliyada bir gündə 1 127 nəfər koronavirusdan öldü


 

Braziliyada son sutka ərzində daha 43 812 nəfərin koronavirus infeksiyasına yoluxması, 1127 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 11 483 370 nəfər yoluxub. Bu müddət ərzində 278 229 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 10 063 808 xəstə müalicə olunaraq sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}