Braziliyada bir gündə 26 mindən çox insanda COVID-19 aşkarlanıb

 

Braziliyada son sutka ərzində daha 26 106 nəfərin koronavirus infeksiyasına yoluxması, 513 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 494 376 nəfər yoluxub. Bu müddət ərzində 158 969 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 4 954 159 xəstə müalicə olunaraq sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}