“WhatsApp” ünsiyyəti daha təhlükəsiz etmək üçün yeni funksiyanı işə salır

 

“WhatsApp” messenceri özü silinən fotoşəkil göndərmə funksiyasını işə salacaq.

Şəffaflıq.az bildirir ki, bu barədə “WABetaInfo” portalı xəbər yayıb.

Bildirilir ki, “şəkli önizləmə pəncərəsi”ndə mətn qutusunun yanında yeni düymə əlavə ediləcək. Həmin düymə aktiv olarsa, istifadəçi şəkli paylaşdıqdan sonra çatdan çıxan kimi foto avtomatik silinəcək.

Fotonu alan şəxsə şəklin silinməsi barədə bildiriş göndəriləcək.

Bundan başqa, messencerin içərisində fotonun yaddaşa verilməsi və ya göndərilməsini də qadağan edən yeni funksiya işə salınacaq.

Sözügedə xüsusiyyətlər “Android” və “iOS” üçün növbəti yeniləmələrin birində görünəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}